Azərbaycan işğal edilmiş ərazilərdə erməni separatçılarının törətdiyi vandallıq faktlarını dünya ictimaiyyətinə çatdırmaq niyyətindədir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “
İşğal altında qalmış abidələrimiz – tarixi yaddaşın izi ilə” mövzusunda konfransın kuluarlarında jurnalistlərə bildirib.
“Azərbaycanın işğal altında olan ərazilərində 1 mindən çox tarixi abidə dağıdılıb. Onların arasında məscidlər, alban irsinə aid kilsələr, kitabxanalar, ibadət yerləri və bir çox digər tikililər var”, - deyə M.Qurbanlı söyləyib.
Onun sözlərinə görə, DQİDK, Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondu dünya ictimaiyyətini Azərbaycanın işğal edilmiş ərazilərində tarixi və mədəni abidələrin dağıdılması barədə məlumatlandırır. Bununla əlaqədar o, son illər Azərbaycanın yürütdüyü “hücum diplomatiyası”nı uğurlu adlandırıb.
“Bu diplomatiyada əsas yerlərdən biri dünya ictimaiyyətinin Ermənistan tərəfindən törədilən vəhşiliklər barədə məlumatlandırılmasıdır. Bu fəaliyyət gələcəkdə də davam etdiriləcək”, - deyə o qeyd edib.
F.İsazadə