Aprelin 6-da Sığorta Agentlərinin 3-cü Milli Forumu keçiriləcək. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) məlumat verilib.
Forum ASA-nın təşkilatçılığı və Maliyyə Nazirliyinin maliyyə dəstəyi ilə keçiriləcək.
Forumda Maliyyə Nazirliyi, İcbari Sığorta Bürosu (İSB) və sığorta şirkətlərinin nümayəndələri, eləcə də 250 sığorta agentinin iştirakı planlaşdırılır.
ASA 2006-cı ilin dekabr ayında yaradılıb. Assosiasiyanın yaradılmasında əsas məqsəd ölkənin sığorta bazarının inkişafının təmin edilməsi, həmçinin sığorta bazarının problemləri və perspektivlərinin müzakirəsi zamanı sığorta şirkətlərinin vahid cəbhədən çıxış etməsidir.
A.Axundov