Bu gün Bakıda “
İşğal altında qalmış abidələrimiz – tarixi yaddaşın izi ilə” mövzusunda konfrans çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandum 2015-ci ildə və növbəti dövrdə işğal altında olan ərazilərdə ermənilərin Azərbaycana məxsus tarixi abidələrə və mədəni irs nümunələrinə qarşı törətdikləri cinayətlərə dair həqiqətlərin Azərbaycan və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üzrə birgə tədbirlərin keçirilməsini nəzərdə tutur.
F.İsazadə