BenilüksAzərbaycanlılar Konqresi (BAK) Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədarfevralın 23-dən Benilüksölkələrində "Xocalı həftəsi" elan edir. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verir.
“Xocalı həftəsi” çərçivəsində Benilüks ölkələrində - Belçika, Niderland və Lüksemburqdakı Azərbaycan diaspor təşkilatları tərəfindən Xocalı soyqırımına həsr olunmuş müxtəlif tədbirlər həyata keçiriləcək.
“Xocalı həftəsi”ndə Vahid Mustafayevin "Yaddaş" filminin, eləcə də Amsterdam və Rotterdam şəhərlərindəki Ana dili məktəbi şagirdlərininhazırladığı"Faşizmənifrət - Xocalıya ədalət" adlı ədəbi-bədii kompozisiyasının nümayişi nəzərdə tutulub.
Fevralın 25-i saat 18.00-dan isə BAK Gənclər Koordinasiya Şurasının üzvləri tərəfindən Niderland Krallığının böyük səhərləri - Amsterdam, Rotterdam, Haaqa,Haarlem, Tilburq, Utrecht,Leeuvarden,Sneek və Heerenveendə məlumatlandırma aksiyasına start veriləcək. Aksiya çərçivəsində gənclər üzərində ingiliscə “Ermənistan Azərbaycana təcavüzdən əl çək” sözləri yazılmış xüsusi geyimlərdə yerli əhaliyə Xocalı soyqırımı haqda informasiya verəcək, vərəqələr paylayacaq.
Fevralın 26-da Rotterdam şəhərində yerləşən Bakustraat küçəsində BAK üzvləri yanan şamlarla "Xocalı-23" aksiyası keçirəcək.
Bundan başqa, Niderlandın milli qəhrəmanı, Medo ləqəbli azərbaycanlı Məmməd Məmmədovun barelyefinin, Brüsseldə isəHolokost qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulması və digər tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
R.Babayev