Müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə "İDEX-2015" adı altında beynəlxalq müdafiə sərgisi və konfransında iştirak edəcək. Bu barədə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidməti məlumat verir.
“İDEX-2015" sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, atıcı silahlar, zirehli texnikalar, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 178 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.
Sərgi zamanı Y.Camalovun BƏƏ-nin dövlət və hökumət nümayəndələri və sərgiyə qatılan ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü də nəzərdə tutulur.
R.Babayev