Bakı. 19 fevral. İNTERFAKS-AZƏRBAYCAN - "FinansLizinq" şirkəti $600 min məbləğində istiqrazın emissiyasını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi şirkətin istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Emissiya bir qiymətli kağızın nominal dəyəri $500 olan 1,2 min istiqraza bölünüb.
İstiqrazlar illik 14% dərəcəsi ilə 720 gün müddətinə yerləşdiriləcək.
Səhmlərin yerləşdirilməsinin anderrayteri rolunda “Tekhnika Capital Management” MMC çıxış edəcək.
“FinansLizinq” 2007-ci ilin aprel ayında qeydiyyata alınıb. Səhmdarları 16 fiziki şəxsdir. Şirkətin nizamnamə kapitalı 1 mln. manata bərabərdir.
A.Əzizov