Azərbaycan Respublikası Beynəlxalq İnkişaf Agentliyinin (AİDA) rəsmi internet səhifəsi (http://www.aida.az/) ASALA-nın rəhbərlərindən biri olmuş terrorçu Monte Melkonyan kiber qrupu tərəfindən haker hücumuna məruz qalıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
AİDA-nın internet səhifəsinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib.
H.Hacıyevin sözlərinə görə, siyasi-iqtisadi və demoqrafik böhran şəraitində olan və cəbhədə törətdiyi təxribat əməlləri nəticəsində ardıcıl olaraq uğursuzluqla üzləşən Ermənistan bu cılız addımlarla yəqin ki özünə təsəlli tapmağa çalışır.
“ASALA kimi terror təşkilatları vasitəsilə beynəlxalq terrorizmə dəstək verən Ermənistandan fərqli olaraq, AİDA dünyanın bir çox regionlarında humanitar nəcib missiya icra edir, ehtiyacı olan insanların həyata şəraitini yaxşılaşdırır və davamlı inkişafa, o cümlədən BMT-nin Minilliyin inkişaf məqsədlərinin qlobal səviyyədə həyata keçirilməsinə töhfə verir”, - deyə H.Hacıyev qeyd edib.
F.Hüseynzadə