2014-cü ildə Yardımlı rayonunda ÜDM-in həcmi 86 mln. 912 min manat təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən 3% çoxdur. “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına görə, bu barədə rayonda 2014-cü ilin yekunlarına həsr olunan iclasda məlumat verilib.
2014-cü ildə Yardımlıda adambaşına ÜDM 2003-cü ilin göstəricisini 3,4 dəfə üstələyərək 1,373 min manat təşkil edib.
Ötən il rayonda 661,3 min manat məbləğində sənaye məhsulları, 34 mln. 923 min manat məbləğində kənd təsərrüfatı məhsulları, 46,9 mln. manat məbləğində ticarət xidmətləri, 1 mln. 208 min manat məbləğində nəqliyyat xidmətləri, 324 min manat məbləğində rabitə xidmətləri, 2 mln. 895 min manat məbləğində tikinti işləri həyata keçirilib.
2014-cü ildə rayonda əsas kapitala 19 mln. 491 min manat məbləğində sərmayə yönəldilib ki, bu da 2003-cü ilin göstəricisindən 79 dəfə çox, 2013-cü ilin göstəricisindən isə 4 mln. 950 min manat azdır.
Ötən il əhalinin gəlirləri 2013-cü illə müqayisədə 1,5% - 82 mln. 150 min manatadək artıb.
2014-cü ildə rayonda 319 daimi iş yeri yaradılıb.
Q.Qəmbərova