Cümə axşamı Təhsil və Müdafiə nazirliklərinin cəbhəyanı rayonlara təşkil etdiyi mediatur Ağcabədi rayonundan start götürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
KİV nümayəndələri nazirlik və idarələrin əməkdaşları ilə birgə Hindarx qəsəbəsində Milli Qəhrəman Etibar İsmayılov adına 1 saylı orta məktəbdə olublar.
Məktəbin şagirdləri qonaqlara tarix, Ana dili və ədəbiyyatdan biliklərini nümayiş etdiriblər.
Bundan başqa, məlum olub ki, bir sıra şagirdlər hərbi işin incəliklərini öyrənir. Dərsdən sonra Qarabağ müharibəsi iştirakçılarından biri könüllü olaraq onlarla məşğul olur, böyüyən nəsli döyüşün aparılması taktikası, silahların xarakteristikası və s. ilə tanış edir.
F.İsazadə