İndoneziyanın şərq hissəsində Banda dənizi akvatoriyasında 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının SibirşöbəsininGeofizikaXidməti məlumat verir.
Geofizika Xidmətinin Altay-Sayan filialının operativ məlumatına əsasən, zəlzələ cümə günü Moskva vaxtı ilə saat 02:59-da 6.20 cənub enliyi və 129.24 şərq uzunluğu koordinatlarında qeydə alınıb və episentri Ambon şəhərindən (Seram adası) 302 km cənub-şərqdə yerləşib.
Episentrdə təkanların intensivliyinə görə zəlzələ “dağıdıcı” olaraq qiymətləndirilir.