ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Syuzan Reys və onun israilli həmkarı Yoysi Koen Vaşinqtionda İranın nüvə proqramı ilə bağlı müzakirələr aparıblar. Bu barədə Ağ Evdən məlumat verilib.
Məlumatda qeyd edilir ki, tərəflər məsləhətləşmələrin qapalı rejimdə aparılmasına dair razılığa gəliblər.
Müşahidəçilər qeyd edirlər ki, görüş Vaşinqton və Tel-Əviv arasında İranın atom probleminə dair fikir ayrılığı fonunda və İsrailin baş naziri Benyamin Netanyahunun Amerika Konqresinin dəvəti ilə dünən ABŞ-a planlaşdırılan səfəri ərəfəsində baş tutub.
İsrailin baş naziri səfər çərçivəsində Amerika qanunvericiləri qarşısında çıxış etmək və onlara İranın nüvə proqramı ilə bağlı sazişi mənfi qiymətləndirməsi barədə məlumat vermək niyyətindədir. İran və beynəlxalq vasitəçilər “altılığı” arasında (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya - İF) İranın nüvə proqramına dair hərtərəfli saziş üzrə danışıqlar davam edir və bu ilin iyul ayına qədər başa çatmalıdır.