Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Misirə səfər çərçivəsində hərbi-texniki sahədə əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə cümə günü “AzərTAc” dövlət agentliyi məlumat verib.
Səfər zamanı E.Quliyev Misir Ərəb Respublikası Silahlı Qüvvələrinin baş komandanı, müdafiə və hərbi sənaye naziri, general-polkovnik Sidqi Subhi, daxili işlər naziri Məhəmməd İbrahim, hərbi sənaye üzrə dövlət naziri İbrahim Yunis, Sərhəd Mühafizəsi Qüvvələrinin komandanı, general-mayor Əhməd İbrahimlə görüşlər keçirib.
Görüşlərdə ölkələr arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, təhlükəsizlik sahəsində Azərbaycan ilə Misirin müvafiq qurumları arasında əlaqələrin, o cümlədən hərbi-texniki istiqamətdə əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Dövlət Sərhəd Xidmətinin nümayəndələri səfər çərçivəsində Misirin Təhlükəsizlik və Sərhəd mühafizəsi sistemi, aidiyyəti strukturların fəaliyyəti, maddi-texniki imkanları ilə tanış edilib, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
R.Babayev