2015-ci ilin yanvar ayında Azərbaycanda çörək və çörək-bulka məmulatlarının istehsal həcmi 2014-cü ilin analoji dövrü ilə müqayisədə 1,2% - 62,9 min tona qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə ət istehsalı (quş əti də daxil olmaqla) 1,9% - 23,6 min tonadək, süd istehsalı 3,5% - 72,2 min tonadək, qaymaq və xama istehsalı 1% - 390,9 tonadək, pendir və kəsmik istehsalı 3,9% - 4,12 min tonadək, kərə yağı istehsalı 4,3% - 1,9 min tonadək, təmizlənmiş duru bitki yağı istehsalı 29,6% - 6,2 min tonadək, kolbasa istehsalı 15,7% - 167,7 tonadək artıb.
Yanvarda qənd və şəkər tozu istehsalı 98,8% - 0,8 min tonadək, marqarin istehsalı 7,7% - 2,2 min tonadək, cem və marmelad istehsalı 4,2% - 7 min 423,1 tonadək azalıb.
Ümumilikdə 2015-ci ilin yanvar ayında Azərbaycanda 207,4 mln. manat məbləğində qida, tütün məmulatları və içki istehsal olunub. Qida məhsullarının istehsalı 9,6% azalıb, içki istehsalı 8%, tütün məmulatlarının istehsalı isə 48,9% artıb.
A.Axundov