Vaşinqtonda zorakı ekstremizmə həsr olunmuş sammit başa çatıb. Bu barədə cümə günü Amerika KİV-ləri məlumat verir.
Yüksək səviyyəli üçgünlük beynəlxalq konfransda 60-dan çox ölkənin nümayəndələri iştirak edib. Konfrans Amerika hökumətinin təşəbbüsü ilə keçirilib.
Sammit iştirakçıları, ilk növbədə İŞİD qruplaşmasının fəaliyyətini və Avropadakı terror aktlarını müzakirə ediblər.
Sammitdə qərara alınıb ki, ölkə hökumətləri döyüşçü və ekstremist qruplaşmalarla mübarizə üçün daha çox səy göstərməlidirlər, dini icmalararası münaqişələrə, xüsusən Suriyadakı münaqişələrə son qoyulmalıdır. Bundan başqa, sammit iştirakçıları belə bir qərara gəliblər ki, ekstremizmə qarşı fəal mübarizə apara bilmək üçün ölkələrin iqtisadi və siyasi problemləri həll olunmalıdır.
Bəzi qərb KİV-ləri isə qeyd edirlər ki, beynəlxalq konfransın iştirakçıları heç bir konkret addımı müzakirə etməyiblər, yalnız sözdə vacib qərarlar qəbul ediblər.