Belarusun xarici işlər naziri Vladimir Makey əmindir ki, Avrasiya İqtisadi Birliyi (AİB) və Avropa İttifaqı (Aİ) arasında dialoq yaradılmalıdır.
“Aİ və AİB arasında dialoq zəruridir, bu dialoq yaxınlaşmaya kömək etməlidir”, - deyə V.Makey cümə axşamı Minskdə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçslə görüşdə bildirib.
V.Makey deyib ki, AİB-də iştirak etmək Belarusa iqtisadi cəhətdən əlverişlidir.
“Şərq və Qərb perspektivdə münasibətlərini onları birləşdirən əsaslar üzərində qurmalı, birgə bazis axtarmalı, bütün ölkələr üçün iqtisadi əlverişli əməkdaşlıq yaratmalıdır”, - deyə belaruslu nazir qeyd edib.
“Gec və ya tez Aİ və AİB arasında dialoq qurulmalıdır, lakin bu məsələdə tədricən hərəkət etmək lazımdır”,- deyə V.Makey bildirib.
Belarusun da daxil olduğu “Şərq tərəfdaşlığı” təşəbbüsünün üzvlərinin qarşılıqlı əlaqələri məsələsinə toxunan nazir qeyd edib ki, Aİ hamı üçün məqbul əməkdaşlıq formatları axtarıb tapmalıdır.
“Şərq tərəfdaşlığı” ölkələrinə differensial yanaşma tətbiq etmək lazımdır. Sabah kimsə Aİ-yə üzv olmaq istəyəcək, kimsə perspektivdə bunu etmək istəyəcək, kimsə sadəcə onunla münasibətlərini normallaşdırmağa çalışacaq. Aİ “Şərq tərəfdaşlığı” ölkələri ilə hər kəs tərəfindən qəbul edilə bilən əməkdaşlıq formatları axtarıb tapmalıdır”,- deyə V.Makey vurğulayıb.