Naxçıvan Muxtar Respublikasının Rəssamlar İttifaqının Bəhruz Kəngərli adına sərgi salonunda Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi açılıb.
Sərginin açılış mərasiminin iştirakçıları Xocalı faciəsinin qurbanlarını birdəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Naxçıvan MR Rəssamlar İttifaqının sədri Ülviyyə Qəmzəyeva qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının dinc sakinlərinə qarşı törədilmiş soyqırım insanlığa qarşı ən qəddar cinayətlərdən biridir. Bu faciənin bədii ədəbiyyat, kinofilmlər, musiqi və rəsm əsərlərində əks olunaraq gələcək nəsillərə, eyni zamanda, dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparılır.
Sərgidə muxtar respublikda yaşayan 27 rəssamın müxtəlif janrlarda çəkilmiş 50-yə yaxın rəsm əsəri nümayiş etdirilib.
Q.Hüseynova