Həftə ərzində Bakıda məişət tullantılarının içindən 1 ədəd F-1 əl qumbarası, 2 ədəd pnevmatik tapança və 200 ədədə yaxın müxtəlif çaplı patron aşkar edilib. Bu barədə “Təmiz Şəhər” ASC-nin mətbuat xidməti məlumat verib.
ASC-nin tullantıların çeşidlənməsi zavodunda işçilər ümumi tullantı kütləsi arasında təhlükəli əşyalar olduğunu müəyyən ediblər. Şəhərdən yığılmış tullantılar çeşidlənərək həmin silahlar və silah hissələri tullantılardan ayırılıb və hüquq-mühafizə orqanlarına təhvil verilib.
Y.Əliyev