ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç xəbərdarlıq edib ki, Ukraynanın şərqində davam edən pozuntular Minsk sazişinin pozulmasına gətirib çıxara bilər.
“Bu, Ukrayna üçün kritik məqamdır. Mən atəşkəs rejiminin pozulmasının nəzarət olunmayan zorakılığın yaranmasına gətirib çıxara biləcəyindən narahatam”, - deyə o qeyd edib.
“Fevralın 12-də Minskdə danışıqlar nəticəsində əldə edilmiş sülh şansını təhlükəyə atacaq istənilən hərəkəti dayandırmağa çağırıram”,- deyə İ.Daçiç bildirib.
“Yeganə yol ötən ilin sentyabr ayında Minskdə imzalanmış memorandumun və protokolun yerinə yetirilməsi və Ukraynada münaqişənin sülh yolu ilə həll edilməsidir”, - deyə serbiyalı diplomat vurğulayıb.