Səhiyyə naziri Oqtay Şirəliyev cümə günü Cəlilabadda vətəndaşları qəbul edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Vətəndaşların qəbulu Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında keçiriləcək.
Cəlilabad, Biləsuvar, Salyan, Yardımlı, Masallı rayon sakinləri nazirin qəbuluna düşə bilərlər.
Vətəndaşların müraciətləri, şikayət, təklif və fikirləri O.Şirəliyev tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Nazirin qəbuluna düşmək istəyən vətəndaşlar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçməlidirlər.
A.Zeydullayeva