Azərbaycanda mobil rabitə operatoru olan “Azerfon” şirkəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) 4G xidməti(4-cü nəsil) göstərmək üçün lisenziya alıb.
Məlumatda şirkətin baş direktoru Kent MakNiliyə istinadən bildirilir ki, şirkət RYTN-dən lazım olan bütün icazələri alıb və abunəçilərə 4G xidmətlərini göstərməyə hazırdır.
““Azerfon” 4G xidmətləri göstərmək üçün lazım olan bütün prosedurları başa çatdırıb. Bizim şəbəkə artıq qurulub və Bakıda çoxlu sayda baza stansiyaları var. Biz 2015-ci il ərzində bu istiqamətdə işləri davam etdirəcəyik”, - deyə məlumatda qeyd edilir.
Hazırda Azərbaycanda 3 mobil rabitə operatoru fəaliyyət göstərir – “Azercell”, “Bakcell” və “Azerfon”. Bu günə qədər yalnız “Azercell” şirkəti 4G xidməti göstərmək üçün lisenziyaya malik olub. “Azerfon” MMC kommersiya fəaliyyətinə 2007-ci il martın 21-də başlayıb və Nar Mobile ticarət markası altında xidmətlər göstərir.
N.Abbasova