Azərbaycanın mərkəzi regionunda külli miqdarda nakotik maddə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə cümə günü “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları 11-ci sinif şagirdi Cavidan Əliyevi (1998-ci il təvəllüdlü) saxlayıblar. Axtarış zamanı onun üzərindən 26 qram marixuana tapılıb. Onun yaşadığı evdə və həyətyanı sahədə aparılan axtarış zamanı əlavə olaraq 10 kq marixuana tapılıb. Faktla bağlı məktəblinin atası Cabir Əliyev də saxlanılıb.
Rayon Polis Şöbəsinin istintaq bölməsində faktla bağlı cinayət işi açılıb, istintaq gedir.