2015-ci il aprel ayının 15-də “Bank Respublika”nın səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
İclasın gündəliyinə bankın 2014-cü il üçün xarici auditinin yekunlarının və maliyyə hesabatının təsdiqlənməsi, bankın ötən il ərzindəki fəaliyyətinin yekunları üzrə əldə etdiyi xalis mənfəət hesabına ehtiyatların yaradılması, eləcə də dividendlərin ödənilməsi ilə bağlı məsələlər daxildir.
“Bank Respublika” 1992-ci il fevral ayının 17-də yaradılıb. Bankın səhmdarları Almaniyanın ən iri maliyyə institutları - “KfW” bank qrupunun üzvü “DEG” İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü “SIDT”dir. Bankın kapitalında onların payı 25% +1 təşkil edir.
A.Əzizov