Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 23-nə manatın rəsmi məzənnəsini 1,05 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə Bakı Banklararası Valyuta Birjasının saytında məlumat verilir.
Fevralın 23-də manatın avroya nisbətən rəsmi məzənnəsi 1,1950AZN/1EUR, rus rubluna nisbətən rəsmi məzənnəsi 0,0170AZN/1RUR səviyyəsində saxlanılıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər azalıb.
“Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib”, - deyə AMB-nin məlumatında bildirilib.
A.Əzizov