Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov çərşənbə axşamı Ankarada “Avrasiya regionunda son dövrün prosesləri kontekstində Türkdilli Şura və əməkdaşlıq” mövzusunda keçiriləcək konfransda iştirak edəcək. Bu barədə SAM-ın məlumatında bildirilir.
Tədbir Türkdilli DövlətlərinƏməkdaşlıq Şurasının Katibliyi, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi və Avrasiya Araşdırmaları Mərkəzinin təşkilatçığı ilə baş tutacaq.
Tədbirdə Türkdilli Şuraya üzv ölkələrin rəsmi strateji tədqiqat institutlarının rəhbərləri və təşkilata üzv dövlətlərin Türkiyədəki səfirləri, eləcə də yerli beyin mərkəzlərinin nümayəndələri və digər tədqiqatçılar iştirak edəcəklər.
R.Babayev