Banqladeşin mərkəzi hissəsində Padma çayında sərnişin bərəsi ilə yük gəmisinin toqquşması nəticəsində ən azı 70 nəfər həlak olub. Bu barədə «Associated Press» agentliyi məlumat verir.
Hakimiyyətin qiymətləndirməsinə əsasən, onlarla insan itkin düşdüyünə görə ölənlərin sayı arta bilər. Onların axtarışı davam etdirilir.
Bundan başqa, ölənlərin sayının 100-ə çata biləcəyi istisna edilmir.
Bərə qəzası bir gün əvvəl baş verib. Müxtəlif məlumatlara görə, bərədə 70-dən 150-yə qədər insan olub.