“Azəristiliktəchizat” ASC 2015-ci ildə təchizat, sosial obyektlər və yaşayış binalarında tikinti, modernləşdirmə və yenidənqurma işlərinin həyata keçirilməsi məqsədilə podratçılar seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim təkliflər sorğusu üsulu ilə həyata keçirilir.
Təkliflər martın 3-dək qəbul olunacaq.
“Azəristiliktəchizat” ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində dövlət inhisarçısıdır.
N.Abbasova