Fevralın 25-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş “Xocalısız” mövzusunda anım tədbiri keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Tədbir Milli Azərbaycan Tarixi Muzeyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” tarixi muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Anım mərasimində alimlər, muzey işçiləri, tədqiqatçılar, Azərbaycan Dövlət Dəniz Akademiyasının kursant və müəllimləri, Ombudsman təşkilatı nəzdində Azərbaycan Uşaq və Gənclərin sülh şəbəkəsinin üzvləri iştirak edəcəklər.
Tədbirin sonunda ombudsmanın Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı bəyanatı səsləndiriləcək, elecə də “İrs” beynəlxalq jurnalının müvafiq nömrələri iştirakçılara paylanılacaq.
A.Zeydullayeva