Ötən həftə ərzində Azərbaycan polisi axtarışda olan 88 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə (16-22 fevral) baş vermiş bədbəxt hadisələr nəticəsində 7 nəfər həlak olub, 17 nəfər xəsarət alıb (zəhərlənib), həmçinin 3 intihar hadisəsi qeydə alınıb.
Həftə ərzində 3 nəfər qətldə, 8 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 60 nəfər oğurluqda, 7 nəfər qarətdə, 9 nəfər avtomobil qaçırmaqda, 9 nəfər dələduzluqda, 4 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 8 fakt qeydə alınıb.
C.Həmidov