Ötən həftə Azərbaycanın yollarında baş verən yol-nəqliyyat hadisələri 29 nəfərin həyatına son qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, həftə ərzində ölkədə qeydə alınmış 41 yol qəzasında 53 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Ən ağır yol qəzası Salyan rayonunda baş verib. “VAZ-2106” markalı avtomobillə qoşqulu avtomobilin toqquşması nəticəsində beş nəfər həlak olub.
Bundan başqa, Abşeron rayonunda “Azsamand” və “BMC” markalı avtomobillərin toqquşması 2 nəfərinölümü, 1 nəfərin yaralanması ilə nəticələnib.
C.Həmidov