Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) “Sığorta Azərbaycan” mobil əlavəsinin təqdimatını keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASA-dan məlumat verilib.
Əlavəni Android və iOS platformalarında istifadə etmək olar.
Əlavədə Azərbaycanda sığorta şirkətləri, sığorta məhsulları, icbari sığorta tarifləri, qanunvericilik, sığorta bazarı haqqında xəbərlərə dair məlumatlar yer alıb.
Əlavə Maliyyə Nazirliyinə sığorta şirkətləri ilə bağlı şikayət göndərməyə, sığorta müqavilələrinin statusunu yoxlamağa, sığorta hadisələri haqda sığorta şirkətlərini məlumatlandırmağa imkan verir.
A.Axundov