ABŞ-ın Nyu Meksiko ştatının qubernatoru Susana Martinez ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımının növbəti ildönümü ilə bağlı məktub imzalayıb. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Diplomatik nümayəndəliyə daxil olan məktubda S.Martinez Nyu Meksiko ştatında və bütün dünyada yaşayan azərbaycanlılara Xocalıda törədilən qətliamın 23-cü ildönümü ilə əlaqədar başsağlığı verir.
Məktubda Azərbaycanın Xocalı şəhərində 1992-ci ilin 25-26 fevral tarixlərində baş vermiş faciədə böyük sayda uşaqlar, qadınlar və yaşlı insanlar da daxil olmaqla 600-dən çox günahsız insanın qətlə yetirildiyi vurğulanıb.
Bu, Nyu Meksiko qubernatoru tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir.
Y.Əliyev