Yəmən prezidenti Əbd Rabbi Mansur Hadi istefa xahişini geri götürüb. Bu barədə çərşənbə axşamı “Əl-Cəzirə” telekanalı Yəmən parlamentinə istinadən məlumat verir.
Yəmən prezidenti parlamentə yazılı şəkildə müraciət edərək öncə verdiyi qərardan imtina etdiyini bəyan edib.
Xəbər verildiyi kimi, yanvarın 22-də Ə.M.Hadi istefa verib, lakin ölkə parlamenti bunu təsdiq etmədiyi üçün istefa qüvvəyə minməyib.