Çərşənbə axşamı prezident İlham Əliyevin Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidis ilə Bakıda keçirilən görüşündə iqtisadi, enerji, nəqliyyat sahələrində əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub.
Dövlət başçısının saytında verilən məlumata görə, tərəflər əlaqələrin inkişafından məmnunluq ifadə ediblər və bu əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinin önəmini qeyd ediblər.
Bundan başqa, Azərbaycan ilə Avropa İttifaqı arasında insan hüquqları, demokratiya və digər sahələrdə əməkdaşlığın vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Y.Əliyev