Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Bakıya rəsmi səfərə gələcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Fevralın 25-də M.Çavuşoğlunun Azərbaycanın siyasi rəhbərliyi, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri planlaşdırılıb.
Həmin gün qonaq ADA Universitetində “Türkiyənin xarici siyasəti: Qafqaz və Azərbaycan üzrə perspektivlər” mövzusunda tədbirdə iştirak edəcək.
Türkiyəli nazirin səfəri fevralın 26-na qədər davam edəcək.
Y.Əliyev