Azərbaycanda dövlət orqanlarının birləşmiş Çağrı Mərkəzi fəaliyyətə başlayıb. Bu barədə Vergilər Nazirliyinin məlumatında qeyd edilir.
Məlumata əsasən, Vergilər, Maliyyə, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərini, Dövlət Gömrük Komitəsini və Dövlət Sosial Müdafiə Fondunu əhatə edən “195” Çağrı Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar təqdimat mərasimi keçirilib.
Tədbiri Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov açaraq qeyd edib ki, layihə 2010-cu ildən həyata keçirilməyə başlayıb.
A.Axundov