Azərbaycanda “Codex Alimentarius” beynəlxalq qida standartlarının tətbiqi genişləndiriləcək. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.
Komitədə “Codeks Alimentarius” Milli Komitəsinin 2015-2017-ci illlər üçün Fəaliyyət Planı və qida məhsulları standartlarının müzakirəsi ilə bağlı iclas keçirilib.
Xüsusilə AZS CODEX STAN 310-2014 “Nar”, AZS CODEX STAN 87-2014 “Şokolad və şokolad məmulatları”, AZS CODEX STAN 152-2014 “Buğda unu”, AZS CODEX STAN 279-2014 “Kərə yağı”, AZS CODEX STAN 33-2014 “Zeytun yağı və cecələrdən çəkilmiş zeytun yağı” və s. milli standartlar layihələri müzakirə olunub.
Beynəlxalq qida standartları hazırlayan “Codex Alimentarius” Komissiyası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının köməkçi orqanıdır.
A.Axundov