Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğluna Qarabağ münaqişəsinin nizamlanması prosesində son vəziyyət barədə məlumat verib.
“Mən Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi, ATƏT-in Minsk Qrupunun regiona son səfəri barədə türkiyəli nazirə ətraflı məlumat verdim”, - deyə E.Məmmədyarov çərşənbə günü M.Çavuşoğlu ilə birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü olaraq bu münaqişənin nizamlanmasının gedişini diqqətlə izləyir.
M.Çavuşoğlu Xocalı soyqırımını törədənləri pisləyib. O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev ilə birlikdəXocalı soyqırımımemorial kompleksinə baş çəkib.
F.İsazadə