Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinə baytarlıq sahəsinin inkişafı strategiyasının hazırlanmasında yardım göstərəcək. Bu barədə nazirlikdən məlumat verilib.
Kənd təsərrüfatı naziri Heydər Əsədov Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının baş katibi Bernard Valla ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
Bununla əlaqədar OIE-nin missiyasının Azərbaycana səfəri gözlənilir.
Bundan başqa, H.Əsədov və B.Valla Abşeron yarımadasının at xəstəliklərindən azad zona elan edilməsi, Azərbaycanda at yarışlarının keçirilməsi sahəsində əməkdaşlıq və s.
məsələləri müzakirə ediblər.
A.Axundov