Mart ayının 20-23-də İçərişəhərdə II Beynəlxalq Novruz Festivalı keçiriləcək. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Festivalda Türkiyə, Rusiya, İran, Hindistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstandan nümayəndələr iştirak edəcəklər. Festival günlərində Qoşa Qala qapısı qarşısında yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi bayram yarmarkası təşkil olunacaq.
Tədbir iştirakçıları öz ölkələrinin mədəniyyətini əks etdirən videofilmlər, milli-tətbiqi sənət nümunələri və suvenirlər nümayiş etdirəcəklər.
Qonaqlara sehrbazların, jonqlyorların, uşaq teatrının artistlərinin, bədii və tarixi personajların, Novruz bayramının əsas qəhrəmanlarının ifasında maraqlı nömrələr, konsert proqramları, pantomim tamaşalar təqdim ediləcək.
A.Zeydullayeva