Çərşənbə günü səhər dörd fransalı deputat Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Bu barədə “Fiqaro” qəzetinin saytında məlumat verilir.
“B.Əsəd ilə görüşümüz ən azı bir saat davam etdi. Hər şey yaxşı keçdi”, - deyə qəzet söhbətin nə barədə getdiyini şərh etməkdən imtina edən deputatlardan birinə istinadən yazır.
Fransalı deputatlardan ibarət nümayəndə heyətinə həm hakimiyyətdə olan sosialistlər, həm də sağ təmayüllü müxalifət partiyalarının üzvləri daxil olub.