"Iteca Caspian" şirkəti 2015-ci ildə Azərbaycanda 19 sərgi və 2 konfrans keçirməyi planlaşdırır. Bu barədə şirkətin məlumatında deyilir.
Sərgi mövsümünü 2-4 aprel tarixlərində Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2015”) sərgisi açacaq.
“Bundan başqa, qeyd olunan tarixlərdə Mehmanxana, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar” (“HOREX Caucasus 2015”), habelə Kater və Yaxtalar (“CİBS 2015”) sərgiləri keçiriləcək”,- deyə məlumatda bildirilir.
12-14 may tarixlərində Nəqliyyat, Tranzit və Loqistika (“TransCaspian 2015”) sərgisi təşkil olunacaq.
“Cari ilin “Kənd Təsərrüfatı İli” elan olunması ilə əlaqədar olaraq Azərbaycan Beynəlxalq Qida Sənayesi (“WorldFood Azerbaijan 2015”) sərgisinə və Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro 2015”) sərgisinə marağın artması müşahidə olunur. 21-23 may tarixlərində təşkil olunacaq bu sərgilərdə 250-dən artıq şirkətin iştirakı planlaşdırılır.
İyun ayının 2-dən 5-nə qədər5-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji (“Caspian Power 2015”) sərgisi və 22-ci Beynəlxalq Xəzər Neft və Qaz (“Caspian Oil and Gas 2015”) sərgi və konfransı keçiriləcək.
Sentyabr ayından dekabr ayına qədər 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə (“BIHE 2015”), 9-cu Azərbaycan Beynəlxalq Gözəllik və Estetik tibb (“Beauty Azerbaijan 2015”), 9-cu Azərbaycan Beynəlxalq Təhsil (“Education 2015”), 9-cu Azərbaycan Beynəlxalq Karyera (“Career 2015”), 21-ci Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild 2015”), 7-ci Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri (“Aqua-Therm Baku 2015”), 8-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri (“CIPS Caspian 2015”), 6-cı Beynəlxalq Ətraf mühit (“СТЕ 2015”) və 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları (“Bakutel 2015”) sərgiləri təşkil olunacaq.
N.Abbasova