İsrailin baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Liberman İsraillə Azərbaycanın təcrübəsini birləşdirməyi və gələcəkdə belə faciələrin qarşısını almağı təklif edir. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verir.
“Bəşəriyyət tarixində az faciələr olmayıb. Onları unutmaq olmaz. Amma təəssüf ki, heç də hamı onları xatırlamır və dərs almır. Biz bu gün buraya toplaşmışıq deyək ki, İsraillə Azərbaycanın təcrübəsini birləşdirək və gələcəkdə belə faciələrin qarşısını alaq”, - deyə A.Liberman İsrailin Akko şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində bildirib.
Tədbir “Xocalıya ədalət!” kampaniyası çərçivəsində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən təşkil edilib.
Anım mərasimində Knessetin deputatı Aleks Miller, Akko şəhər merinin müavinləri Zaev Noyman, Kiryat Yam, Milli Məclisin deputatı Fuad Muradov, İsrail ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri və media nümayəndələri qatılıb.
Azİz-in Direktorlar Şurasının üzvü Rauf Ağalarov tədbiri açaraq Xocalı faciəsi haqqında məlumat verdikdən sonra soyqırımı qurbanları xatirəsinin bir dəqiqəlik sükutla anılmasını xahiş edib.
R.Babayev