Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki İsrail və ABŞ-ı fələstinlilərin müxtəlif beynəlxalq təşkilatlara qoşulması məsələsində ikili standartlar yürütməkdə ittiham edib.
“Təəssüf ki, bizim qoşulduğumuz təşkilatların və müqavilələrin sayı artdıqca, biz ABŞ və İsrail tərəfindən daha çox tənqidə məruz qalırıq. Sanki biz nəyisə düzgün etmirik”, - deyə o, İslam Əməkdaşlıq Təşkilatının nümayəndə heyətinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
“Əgər istənilən başqa dövlət bizim etdiklərimizi etsəydi, onu alqışlayardılar. Amma nədənsə bizə başqa ölçülərlə yanaşılır”, - deyə fələstinli nazir vurğulayıb.
Bununla yanaşı, R.Əl-Maliki bildirib ki, Fələstin hakimiyyəti buna böyük əhəmiyyət vermir.
“Bu, bizi maraqlandırmır. Biz Fələstin xalqının marağında olan addımları atırıq”, - deyə o əlavə edib.