Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə gümüş sikkə - “sancaq” daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Sikkə Səfəvilər dövlətinin banisi, Azərbaycan hökmdarı Şah İsmayılın adından kəsilib.
İranın cənubunda yerləşən Lar-Larican şəhərində dövriyyədə olan sözügedən sancaq Şah İsmayıl və Şah Təhmasibin dövrünə aiddir. Əşyanın saç sancağına bənzəməsinə baxmayaraq, vaxtı ilə ondan pul vasitəsi kimi istifadə ediblər.
Bu növdə material muzeyin Numizmatika fondunda qorunan yeganə eksponatdır.
A.Zeydulayeva