Latviya Seyminin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr qrupu tərəfindən Xocalı soyqırımı haqqında bəyanat qəbul edilib. Bu barədə Azərbaycanın Riqadakı səfirliyindən məlumat verilib.
Bəyanat Latviya Seyminin 53 deputatı tərəfindən imzalanıb.
Bəyanatda Xocalı soyqırımının 23-cü ildönümünü ilə əlaqədar Azərbaycan xalqına Latviya Seymi tərəfindən başsağlığı verilir və qanlı terror aktının insanlıq əleyhinə cinayət olduğu bildirilir.
Sənəddə Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyi vurğulanır.
R.Babayev