Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi(MHM) ölkədə daxili internet şəbəkəsi yaratmağı təklif edib. Bu barədə RYTN-dən məlumat verilib.
“Azərbaycanda “Azdatakom” şəbəkəsinintexniki resursları əsasında daxili internet şəbəkəsinin yaradılması nəzərdə tutulur. İlkin mərhələdə internet provayderlər arasında 1 Gb saniyə sürətli kanalın yaradılması planlaşdırılır. Trafikin həcmi artdıqca kanalın sürətinin də artacağı istisna deyil”, - deyə məlumatda qeyd olunur.
MHM ölkədə fəaliyyət göstərən 30-dan çox internet provayderə bu cür şəbəkənin yaradılmasını təklif edib.
N.Abbasova