ABŞ dövlət katibi Con Kerri martın 2-də Cenevrədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməyi planlaşdırır. Bu barədə cümə axşamı ABŞ Dövlət Departamentindən məlumat verilib.
Tərəflər, əsasən Ukraynanın şərqindəki vəziyyətə dair müzakirələr aparacaqlar.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Cennifer Psaki bildirib ki, C.Kerri gələn həftə İsveçrənin Montre şəhərində İranın nüvə proqramı üzrə danışıqlar qrupunun nümayəndələri ilə görüşmək niyyətindədir.
“C.Kerri İsveçrəyə səfəri çərçivəsində bazar ertəsi Rusiyanın xarici işlər naziri S.Lavrovla görüşməyi planlaşdırır. Məqsəd Ukraynanın şərqindəki vəziyyəti və regional məsələləri müzakirə etməkdir”, - deyə o qeyd edib.
Bundan başqa, dövlət katibi bazar ertəsi Cenevrədə BMT İnsan Hüquqları Şurasında çıxış edəcək.