UNESCO-nun baş direktoru İrina Bokova İraqda mədəni irs nümunələrinin mühafizəsi məsələsini müzakirə etmək üçün təcili şəkildə BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasının çağırılmasını tələb edir. Bu barədə cümə günü EFE agentliyi məlumat verir.
Məlumata görə, İ.Bokova İŞİD döyüşçülərinin yaydığı videogörüntüdən ciddi narahatlıq duyduğunu bildirib. Videoda İŞİD döyüşçülərinin Mosul şəhərindəki Sivilizasiya muzeyində onlarla heykəli necə məhv etdiyi əks olunub.
UNESCO rəhbəri İraqın minillik tarixinə edilmiş qəsdi, eləcə də zorakılıq və nifrətə növbəti təhrikçiliyi pisləyib”,- deyə agentlik qeyd edir.