Britaniyalı hərbi təlimatçıların Ukraynaya göndərilməsi planları Donbasda gərginliyin aradan qaldırılması səyləri ilə ziddiyyət təşkil edir. Moskvadakı məlumatlı mənbə belə hesab edir.
“Londonun Ukraynaya hərbi təlimatçılar göndərməklə Kiyevin tərəfində münaqişəyə fəal şəkildə müdaxilə etmək cəhdlərinə təəccüblənmək lazım deyil. Belə məsuliyyətsiz xətt münaqişə tərəfləri arasında silahlı qarşıdurmanın tədricən azalmasına və fevralın 12-də əldə olunmuş Minsk razılaşmasının həyata keçirilməsinə kəskin şəkildə ziddir”, - deyəmənbə jurnalistlər bildirib.
Onun sözlərinə “Normandiya formatı”ndan kənarda qalan Böyük Britaniya, görünür, belə niyyətlərlə bütün prosesi pozmağa hazırdır”.
Mənbə bildirib ki, “Londonun Ukrayna böhranında hərbi həll yolunun olmaması barədə bəyanatları xalis ingilis riyakarlığıdır, ən pis halda isə bu, bütün Avropanın təhlükəsizliyi ilə təhlükəli oyun deməkdir”.