4-8 mart 2015-ci il tarixlərində Berlində keçiriləcək "İTB 2015" beynəlxalq turizm sərgisində Azərbaycanın turizm potensialının təqdimatı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Azərbaycanın Almaniyada turizm nümayəndəliyi olan "Aviareps Tourism GmbH" şirkəti bu sərgi çərçivəsində Berlin, Hamburq, Münhen və Frankfurtda ölkənin turizm potensialının təbliği üzrə aksiya keçirəcək.
Azərbaycan bu sərgidə 2004-cü ildən iştirak edir. Bu il Azərbaycanın milli stendində "Xoşbəxt saatlar" adlı tədbirin keçirilməsi nəzərdə tutulur.
A.Zeydullayeva